28 iyul -1 avqust tarixlərində Türkiyədə baş verən 112 yanğının 107-si nəzarət altına alınıb.

Unikal.org  xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində bu barədə yazıb.

Nazir Antalyanın Manavqat rayonu və Gündoğmuş qəsəbəsində 2, Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində 3, ümumilikdə 5 yanğının nəzarətə alınması üçün fasiləsiz fəaliyyətlərin davam etdiyini qeyd edib.