İranda ötən sutka ərzində daha 366 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Qonşu ölkədə virusdan ölənlərin ümumi sayı 90 996 nəfərə çatıb.

İranda ötən sutka ərzində 32 511 nəfər koronavirusa yoluxub. Beləliklə, yoluxmaların sayı 3 903 519 nəfərə yüksəlib. Hazırda virus daşıyıcılarından 5539 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 385 195 nəfər koronavirusdan sağalıb.