İran Səhiyyə Nazirliyi günlük COVID-19 statistikasını açıqlayıb.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində ölkədə 32 511 yeni yoluxma faktı aşkarlanıb. Yeni xəstələrin 3483-ü artıq xəstəxanalara yerləşdirilib. 

Sutka ərzində 366 nəfərin koronavirusun qurbanı olmasıyla, ölənlərin ümumi sayı 90 min 996 nəfərə çatıb.

Həmçinin, 83 milyona yaxın əhalisi olan İranda bugünədək COVID-19 əleyhinə 12 milyon 667 min 572 doza vaksin vurulub.