Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub. 

Ağ-qaralar 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ni mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq və ilk görüş səfərdə keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək.