Hollivud ulduzu Rebel Uilson sürətlə arıqlamasının əsl səbəbini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə aktrisa İnstaqramın canlı yayımında pərəstişkarları ilə söhbət edərkən danışıb. Həkimlərin köməyi və düzgün qida rasionundan istifadə edən Rebel 30 kiloqram arıqladığını deyib:

"Gələcəkdə ana olmaqla bağlı araşdırmalar apararkən həkim mənə dedi ki, "Əgər sağlam olsaydınız, sizin daha çox şansınız olardı". Bu söz məni incitdi. Düzdür, hər zaman elə hesab edirdim ki, çəkim çox olsa da, sağlamam. Bu, belə başladı. Əgər arıqlasam, gələcəkdə yumurtalıqlarımı dondurub, ana ola biləcəyəm".