Gürcüstanda son sutkada daha 4 827 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 34 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində 1 895 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 428 670 nəfər yoluxub. Onların 388 893-ü sağalıb, 5 910-u ölüb.