Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Xankəndi poliqonunda müasir döyüşlərin aparılması taktikasını işləyib hazırlayıblar.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyətə partlayıcı maneələri aşmaq, kiçik düşmən qruplarına atəş açmaq və döyüş zamanı şərti olaraq vurulmuş zirehli personal daşıyıcısını təxliyə etmə təlimi keçirilib.

Ümumilikdə, Rusiya sülhməramlı kontingentinin 100-ə yaxın hərbçisi döyüş hazırlığına cəlb edilib.