"Düşünürəm ki, o adam xoşbəxtdir ki, yaşıyanda sevilib, dünyasını dəyişəndə ağlayanı olub".

Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Elgizlə izlə" proqramında qonaq olarkən bildirib.

Bu mövsümdə həyatını itirən incəsənət xadimlərinin xatirəsi üçün hazırlanan kadrları izləyən F.Kərimova dəfninin çəkilməsini istəmədiyini bildirib: 

"Məni belə görməyəcəksiniz. Mən evdə də demişəm, indi də deyirəm, 80 yaşım var, sabahım olmaya bilər. Ancaq mən köçəndə dəfnimi çəkə bilməyəcəksiniz. Ona görə yox ki, evdə tapşırıram. Üslubca gedəcəyəm, yerimi heç kim bilməyəcək. Övladlarıma da demişəm ki, sizdən bunu ruhum tələb edəcək".