Yəməndə mina partlayışı nəticəsində 3 ay ərzində 18 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aprel, may və iyun aylarında ölkənin müxtəlif bölgələrində baş verən mina partlayışlarında 10-u uşaq, 5-i qadın olmaqla 18 nəfər ölüb, 7-si uşaq olmaqla 32 nəfər yaralanıb. Eyni zamanda partlayışlar zamanı 50 heyvan ölüb, mülki şəxslərə məxsus 6 avtomobil yararsız hala düşüb.

 Gülayə  Mecid