Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 280 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230  min 993 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 min 625-ə çatıb.