Xəbər verdiyimiz kimi, Antalya  şəhərində itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlunun parçalanmış cəsədi tapılıb. 

Unikal.org haberler.com-a  istinadən xəbər verir ki, kirayə qaldığı ev sahibi  tərəfindən  qətlə  yetirən Azranın ölümü hər kəsi sarsıdıb. Belə ki, qatilin  Azranın cəsədini iri sellefonlarda daşıdığı anlar müşahidə  kameralarına anbaan əks olunub.  

Əmlakçının şəhərin mərkəzində heç nə olmamış hərəkət etməsi diqqətdən yayınmayıb.  Əldə  edilən həmin görüntülər məhkəməyə verilib.  

Qeyd edək ki,  22 yaşlı qızın ölümünə  səbəb olan əmlakçı qısa zamanda  polis  tərəfindən saxlanıb. Azranın 5 hissəyə bölünmüş  cəsədi isə tibbi ekspertizaya göndərilib. Məlum olub ki, əmlakçı  qıza təcavüz edib, sonra isə  hamam otağında qətlə  yetirib.

Cinayətin təfərrüatları araşdırılır. 

 Gülayə Mecid