Qaxda 21 yaşlı gənci ilan sancıb.

Unikal.org xəbər verir ki, bu gün səhər saatlarında rayonun Almalı kənd sakini, 21 yaşlı Ziyal Elbrus oğlu Əliyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Z.Əliyevi səhər saatlarında təsərrufatda ot biçən zaman ilan sancdığı məlum olub.

Z. Əliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, ona lazimi tibbi yardım göstərilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.