Çexiyada iki qatar toqquşub.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə Pilsen şəhəri yaxınlığında, Domazlice və Blizejov stansiyaları arasında baş verib.

Qataraların toqquşması nəticəsində iki nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. Onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Polis yaralıların xəstəxanaya aparılması üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin və helikopterlərin cəlb olunduğunu bildirib.

Çexiyanın nəqliyyat naziri Karel Havliçek də hadisə yerinə gəlib.