Xəbər verdiyimiz kimi,  türkiyəli müğənni Yusuf Güney meşə yanğınlarının baş verdiyi ərazidə havaya silah açması səbəbindən polis tərəfindən saxlanılmışdı.  Məsələyə aydınlıq  gətirildikdən sonra azadlığa  buraxılan  müğənni  olanlara aydınlıq gətirib.

Unikal.org xəbər verir ki,  Yusuf "Instagram" hesabında açıqlama yayaraq yanğınları söndürərkən məmurlar tərəfindən şiddətə məruz qaldığını bildirib:

"Meşələri qəsdən yanmağa tərk edən cahil insanlara söz dediyimə görə 10 nəfər mənə və dostuma hücum etdi. Sözdə meşənin bölgə müdirliyinin komandasından olduğu deyilən əxlaqsız canilərin əlindən qurtulmaq, can təhlükəsizliyimiz və dostuma hücum etdiklərini görüb, maşınımdakı silahı götürdüm. Bir vaxtlar, bəli, bunu heç vaxt açıqlamamışam, təhdid aldığım terrorçulardan qorunmaq üçün qeydiyyatda olan bu silahımla havaya 2 dəfə atəş açdım".

 Gülayə  Mecid