Füzuli rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakinləri Ş.Quliyevin idarə etdiyi “Mercedes” və S.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də orada ölüb.