Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Avropa Birliyindən gözlədiyi yardımla bağlı açıqlamalar verib.

Unikal.org xəbər verir ki, bu barədə Çavuşoğlu, Manavgat Ulualan Meşə Yanğın İdarəetmə Mərkəzində keçirilən mətbuat konfransı zamanı məlumat verib. 

O, Türkiyədə davam edən yanğınlara görə digər ölkələrdən gələn yardımlar haqqında danışarkən bildirib ki, əvvəlcə onların yardım təkliflərini qəbul edən Fransa və Yunanıstan sonradan bu təklifi qəbul etmədiklərini bildiriblər.

 "Fransa və Yunanıstan yardım təkliflərini geri çəkdi. Yunanıstan "bizdə də yanğın var" deyərək yardım verə bilmədiyini söylədi. Almaniya isə ölkədəki sel fəlakəti səbəbilə təyyarə göndərmədi", - deyə XİN rəhbəri açıqlama verib. 

Daha sonra o, Türkiyənin xarici ölkələrə etdiyi yardımları xatırladıb. Nazir bildirib ki, digər ölkələrin də onlara kömək etmək istəyini qəbul edirlər:

"Bu, böyük bir yanğındır. Yanğının başlaması ilə qonşu dövlətlər, dost və qardaş ölkələr, eləcə də Avropa ölkələri Türkiyə ilə maraqlandı". 

Ağarza Elçinoğlu