Dənizli istiqamətindən Marmarisə doğru gedərkən söndürülən yanğın yerlərini əməkdaşımız lentə alıb.

Unikla.org xəbər verir ki, hazırda FHN-çilərin ikinci qrupunun bir taqımı Marmarisdəki meşə yanğınlarına müdaxilə etmək üçün bu şəhərə gedir.

Qeyd edək ki, ötən gün gecə Dənizliyə çatan FHN-in ikinci yardım qrupunun bəzi qüvvələri bu şəhərdəki yanğınların genişlənməsi səbəbindən dərhal yanğınsöndürmə əməliyyatına qoşulmuşdular.

Hadisə yerinə general Etibar Mirzəyev də gəlmiş və əməliyyatların koordinasiyasını təmin etmişdi.

Digər qrup isə Marmarisə yola düşüb.