Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçiriləcək.

Unikal.org-un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada “Yablonets”lə üz-üzə gələcək. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sı, "Anortosis" isə Avstriyada "Rapid"lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan)

19:45. “Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya)

20:00. “Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya)

20:00. “Omoniya” (Kipr) - “Flora” (Estoniya)

22:00. “Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya)

22:00. “Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva)

22:30. “Rapid” (Vyana, Avstriya) - “Anortosis” (Kipr)

Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.