Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 424,033 milyon manat təşkil edib.

Unikal.org DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 15,6% artaraq 657,017 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2,5% azalaraq 1 649,757 milyon manat, aksizlər üzrə daxilolmalar 18,15% artaraq 92,737 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13,8% artaraq 24,52 milyon manat olub.