Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Bartında itkin düşən bir nəfərin axtarışları davam etdirilir.