Xəbər verdiyimiz kimi Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, sərbəst güləş üzrə  milii komandanın 3 üzvü  final görüşünə çıxıb. Hər üç güləşçimiz məğlub olaraq "gümüş"lə kifayətlənməli olub.  

70 kq çəki dərəcəsində Cəbrayıl Hacıyev iranlı İrfan Elahiyə 5:6, 65 kq-da isə rusiyalı Şamil Məmmədovla qarşılaşan Zirəddin Bayramov 1:4 hesabı ilə uduzaraq gümüş medal sahibi olub.

79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əşrəf Aşırovun final görüşü isə yarışın ən yadda qalan görüşlərindən olub. Belə ki, iranlı rəqibi Məhəmməd Noxodilarimi ilə (4:7) xal fərqini ikiyə endirən Aşırov ardınca döşəkdən çıxıb. Bu məqamda məşqçi Cəbrayıl Həsənov əsəblərini cilovlaya bilməyərək, güləşçimizə qarşı "Kişiliyin olsun, bir" ifadəsini işlədib.

Həmin görüntüləri təqdim edirik: