"Formula 1"in belçikalı icraçı direktoru Natali Mailletin  evində  ölü  tapılıb.  

Unikal.org  xəbər verir ki , 51 yaşlı qadın  yataqda silahla  vurularaq,  öldürülüb.  Belə  ki,  Natilinin əri  Franz Dubois evə gələndə  dəhşətli  mənzərə ilə  qarşılaşıb. O, Natalini  başqa bir qadınla yataqda görüb. Bundan sonra kişi hər iki qadını silahla  vuraraq, qətlə  yetirib.  

Franz Dubois cinayətdən sonra  intihar edib. Evdən gələn silah səslərindən sonra qonşular polisə  xəbər veriblər. Hadisə yerinə  gələn polis  hər 3 cəsədi  tibbi  ekspertizaya göndərib. 

Faktla bağlı cinayət işi açılıb. 

Seymur Əli