"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveç "Haugesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.