Əfqanistanlı qadın futbolçular göz yaşları içində kömək istəyiblər. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan qadın milli futbolçuları, taliblərin iyirmi il sonra ölkəni yenidən ələ keçirməsindən sonra qorxuya düşüblər. Əfqanistanda qadın futbol komandasının yaradıcısı Xalidə Popal da qızlara kömək göstərə bilmir. 

Hazırda Danimarkada yaşayan Popal "Associated Press"ə verdiyi açıqlamasında bildirib ki, ona zəng edən futbolçu qızlara sosial şəbəkədə səhifələrinin bağlamağı, şəkillərini silməyi və onları futbolçu kimi tanıyan qonşularından qaçıb gizlənməyi təklif edir:

"Bu mənzərə mənim ürəyimi qırır. Çünki illərdirqadınlarımıza görünüşünü dəyişmələri, özünü inkişaf etdirmələri üçün çalışırdıq. İndi isə Əfqanistandakı qızlarıma susub , gözdən itmələrini söyləyirəm.

Hökumətin təslim olmasının şahidi olmaq çox ağrılı idi. Qadınlar bununla da bütün ümidlərini itirdi". 

Bildirək ki, 1996 -cı ildə Taliban Kabulu ələ keçirdikdən sonra ailəsi ilə birlikdə qaçan Popal, 2001-ci iləd "Taliban"ın süutundan sonra, 2001-ci ildə Pakistandakı qaçqın düşərgəsində yaşayan bir gənc olaraq Əfqanıstana qayıdıb. Uzun illərdən sonra ölkəsinə qayıdan Popal Beynəlxalq qurumların himayəsi ilə qadın hüquqlarının inkişaf edəcəyinə ümid bəslədiyini dilə gətirmişdi. 

Gülayə Mecid