“Həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi aktivliyi aşağı salmaqdır. Sentyabra qədər hələ vaxt var”.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır.