“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.