Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.

Unikal.org xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma ilk setdə 13:25, ikinci setdə 24:26, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.