İngiltərənin "Arsenal" komandası heyətini yeni qapıçı ilə gücləndirib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Şeffild Yunayted"in qolkiiperi Aaron Ramsdeyli transfer edib.

"Topçular" 23 yaşlı oyunçu ilə 4+1 müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli qapıçı daha əvvəl ölkəsində "Bornmut", "Çesterfild" və "Uimbldon" klublarının da formasını geyinib. Ramsdeyl İngiltərə millisinin də üzvüdür.