Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək güllə atıcılığı idman növü üzrə milli komandamızın üzvləri Tokio şəhərinə yola düşüblər.

Bu barədə Unikal.org-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Məlumata görə, ölkəmizi bu idman növü üzrə 2 idmançı: Yelena Taranova və Kamran Zeynalov təmsil edəcək.

Qeyd edək ki, artıq Milli Paralimpiya Komandasının 4 idman növü üzrə nümayəndə heyəti Tokioda atletlər kəndindədir.