Bu ilin avqustun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 288,8 min nəfər olub, onlardan 4 947,7 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,12%, məşğul əhalinin sayı isə 1,35% artıb.

Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,6 min nəfər çalışıb.