2 metr 34 santimetr boya malik olan ukrayna əsilli ABŞ vətəndaşı İqor Vovkovinski vəfat  edib.  

Unikal.org xəbər verir ki,  38 yaşlı ABŞ-ın ən hündür adamı  bu  gün səhər saatlarında  dünyasını  dəyişib.  İqorun ölüm barəsində  məlumatı  ailəsi yayıb.  Bildirilir ki,  İqor ürək xərçəngindən əziyyət  çəkirdi. 

Son saatlarını  ailəsi ilə birlikdə keçirən İqorun qəflətən halı pisləşib. O xəstəxanaya çatdırılsa da,  həkimlər İqorun öldüyünü  bildiriblər.