Türkiyənin “Qalatasaray” klubu Niderland əsilli surinamlı yarımmüdafiəçisi Rayan Donkla yollarını ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

O, 5.5 mövsümdür formasını geyindiyi İstanbul klubu ilə vidalaşdığını açıqlayıb. Donk hər kəsə dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Donkun karyerasını Super Liqanın digər klublarından birində davam etdirməsi gözlənilir. O, 2016-cı ildən “Qalatasaray”da çıxış edirdi.