Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Unikal.org-un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

A qrupu

22:00. Azərbaycan - Serbiya - 0:3

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.