UEFA Konfrans Liqasının pley-off mərhələsinin İsraildəki cavab oyununda üz-üzə gələcək "Makkabi" (Hayfa) və "Neftçi" komandalarının start heyətləri açıqlanıb.

Unikal.org-un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Neftçi": 30. Aqil Məmmədov, 11. Harramiz Soareş, 6. Voislav Stankoviç, 4. Uqu Baştu, 20. Mert Çelik, 19. Fəhmin Muradbəyli, 14. Romen Bask, 36. Mamadu Kane, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 29. Sabir Buqrin

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

"Makkabi": 44. Josua Coen, 5. Beqdan Planiç, 24. Ori Dahan, 2. Rayan Strein, 12. San Menaçem, 16. Mohammed Abu Fani, 14. Joze Rodriqes, 10. Tyaron Çeri (k), 21. Din Devid, 7. Ömər Atzili, 8. Dolev Haziza

Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 4. Ali Mohamed, 9. Ben Sahar, 11. Qodsvey Donyoh, 15. Ofri Arad, 18. Yuvan Aşkenazi, 25. Yosef Raz Meir, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Qerşon

Baş məşqçi: Barak Baxar

Qeyd edək ki, bu gün "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.