Türkiyənin "Fənərbağça" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Unikal.org-un məlumatına görə, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Finlandiyada HİK-in qonağı olub.

İlk görüşdə 1:0 hesablə qələbə qazanan Türkiyə klubu səfərdə rəqibini 5:2 hesabı ilə üstələyib.

HİK Avropa Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı - 2:2, 3:0. Helsinki təmsilçisi Konfrans Liqasının qrup mərhələsində iştirak edəcək.