Türkiyənin "Qalatasay" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Unikal.org-un məlumatına görə, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Danimarka "Randers"ini qəbul edib.

Səfərdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "sarı-qırmızılar" evdə 2:1 hesablı qələbəyə sevinib.

Danimarka klubu mübarizəyə UEFA Konfrans Liqasının qrupunda davam edəcək.