Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Unikal.org-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

*** 

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Unikal.org xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.