İspaniyanın “Real” klubunun Killian Mbappe ilə bağlı planları bəlli olub.

Unikal.org xəbər verir ki, Fransa yığmasının və PSJ-nin ulduz hücumçusunu heyətinə qatmaq üçün danışıqlar aparan Madrid təmsilçisi təqdimat mərasiminə hazırlaşır.

Mbappe sentyabrın 10-da təqdim olunacaq. Tədbir “Santyaqo Benabeu”da keçiriləcək.

“Real” rəhbərliyi Killianın daşıyacağı nömrəni də müəyyənləşdirib. Fransalının həmyerlisi Zinəddin Zidanın vaxtilə “Kral klubu”nda daşıdığı 5 nömrəli formanı geyinməsi planlaşdırılır.

Lakin bunun üçün Xesus Valyexo daşıdığı formanı güzəştə getməlidir. Bu baş verməsə, Mbappe boş olan 19 və 23 arasında seçim etməlidir.