Azərbaycan para-atleti Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Unikal.org  xəbər verir ki,  idmançı nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.

51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

Qeyd edək ki, aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan 7-ci pillədə qərarlaşıb.

 

***13:31

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Unikal.org xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.

11:46

xxx

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.