“Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro yığmasına dəvət alıb.

Unikal.org xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Veşoviç dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Türkiyə, 4-də Niderland, 7-də isə Latviya ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.

Veşoviç Ağdam klubuna bu yay transfer olunub.