Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Unikal.org xəbər verir ki, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb.

O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.

Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 3 bürünc medal əldə ediblər.