“Mançester Yunayted”lə müqavilə imzalayan Kriştiano Ronaldo açıqlama verib.

Unikal.org xəbər verir ki, klubun mətbuat xidmətinə danışan portuqaliyalı hücumçu, bunları deyib:

“Mançester Yunayted” hər zaman qəlbimdə xüsusi yeri olan bir klubdur. Razılaşmanın açıqlanmasından sonra azarkeşlər tərəfindən nə qədər mesajlar almışam. Yenidən “Old Trafford”da oynamaq və azarkeşlərimizi görmək üçün səbirsizlənirəm. Milli komandaların oyunlarına görə yaranan fasilədən sonra komandama qoşulmağı dörd gözlə gözləyirəm və ümid edirəm ki, uğurlu bir mövsüm keçirərik”.

Ronaldo “Mançester Yunayted”lə 2+1 illik müqavilə imzalayıb.