Moskvada keçirilən, dünyanın müxtəlif ölkələrinin idmançılarının iştirak etdiyi və əsas döyüşü "Rusiya kəməri" uğrunda olan boks gecəsində  idmançımız İsmət Quliyev qələbə qazanıb. 

Bu barədə Unikal.org-a idmançı özü məlumat verib. 72,6 kq çəki dərəcəsində çıxış edən peşəkar boksçu İ.Quliyev bildirib ki, bununla da keçirdiyi 9-cu döyüşü qalib kimi başa vurub:

"Rəqib təcrübəli, Kanelo Alvaresin keçmiş rəqibi Marat Xuzeev idi. Üçüncü raundda texniki nokautla qalib gəldim. Bu günə kimi bütün qələbələrimi vaxtında əvvəl qazanmışam. 

Moskvadakı döyüş də 8 raund olmalı idi. Amma üçüncü raundda texniki nokautla qalib gəldim". 

Aygün