Moldovalı boksçu Vasili Belous 34 yaşında yol qəzası nəticəsində həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Moldovanın "publika.md" portalı xəbər verir.

Qəza Moldovanın Oçnitsa bölgəsində baş verib. Belə ki, Belous idarəetməni itirərək avtomobilini monastırın daş qapısına çırpıb.

Belous 2017-ci il boks üzrə Avropa Çempionatının bürünc mükafatçısı, çoxqat Moldova çempionudur. 2012-ci il Olimpiya Oyunlarında isə ikinci turda məğlub olub.