Türkiyəli müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, Kocaelidə konsertə gecikən ifaçı polisdən yardım alıb. Motorla səhnədəki çıxışına tələsən Koray həmin anların görüntülərini sosial media hesabında paylaşaraq "Buyurun konsertə" qısa şərhini yazaraq, izləyicilərinə səslənib.

Qeyd edək ki, ötən günlərdə müğənni Hande də konsertə gecikməmək üçün avtostop çəkərək tanımadığı şəxsin motosikletinə minmişdi.