2021-ci ilin avqust ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq 233,4 manatdan 262,5 manata çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qurumdan qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artım deməkdir.