Türkiyənin “Beşiktaş” klubu “Barselona”nın ötən mövsüm 60 milyon avroya heyətinə qatdığı Bosniya-Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Türkiyə klubunun “Barselona”da ilə 8 milyon avro qazanan Pyaniç üçün bonuslarla birlikdə təxminən 3 milyon avro maaş verəcəyi gözlənilir. 5 milyon avroluq fərq Kataloniya komandası tərəfindən qarşılanacaq.

Pyaniç “Barselona” forması ilə ilk mövsümdə 30 rəsmi matç keçirib.