Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo  DÇ-2022-nin İrlandiya ilə oyununda yeni dünya rekorduna imza atıb.

Unikal.org xəbər verir ki, məşhur futbolçunun adı "Ginnesin Dünya Rekordları Kitabı"na (Guiness World Records) düşüb. O, bunu özünün "Facebook" səhifəsində paylaşıb. 

"Ginnesin Dünya Rekordlarına təşəkkür edirəm. Dünya rekordunu qıran kimi tanınmaq hər zaman xoşdur. Rəqəmləri daha da yüksəltməyə çalışacam", - deyə futbolçu qeyd edib.

Futbolçu bununla da 10 - cu dəfə bu uğura imza atıb.

Qeyd edək ki, Ronaldo İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu 110-cu qolunu ataraq İran seçməsinin futbolçusu Əli Daeinin rekordunu (109 qol) qırıb. 36 yaşlı hücumçu yığmada və dünyada ən çox qol vuran oyunçu adına sahib çıxıb. 

Ağarza Elçinoğlu