Regional Ekoloji Mərkəzin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, M. Şükürova ötən gecə ürəktutmasından vəfat edib. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.