AMEA-nın alimi, tanınmış tənqidçi vəfat edib.

Unikal.org xəbər verir ki, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Xanverdi Turaboğlu dünyasını dəyişib.

3 sentyabr 1967-ci il təvəllüdlü alim sentyabrın 3-də, öz doğum günündə həyatını itirib.

O, doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn edilib.

X.Turaboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.